Bitərəf, 122 saylı Xankəndi seçki dairəsindən Milli Məclisə deputatlığa namizədliyini irəli sürən Şamxal Adıgözəlovun Bərdə rayonunda seçiciləri ilə görüşüb. Asmedia.org məlumatına görə, görüş rayonda məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı qəsəbədə baş tutub. Ş.Adıgözəlov bildirib ki, təşviqat üçün ayrılmış müddət ərzində hər bir seçicisi ilə görüşməyə çalışacaq. Görüş zamanı məcburi köçkünləri maraqlandıran […]

Baş Prokurorluq “jamaz.info” xəbər portalının rəhbərinə xəbərdarlıq edib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Məlumata görə, Baş Prokurorluqda aparılmış araşdırmalarla “jamaz.info” xəbər portalında “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin kobud şəkildə pozulmaqla Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı üzrə həyata […]

Milli Məclisə seçkilərlə əlaqədar 1542 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Asmedia.org  məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının iclasında qurumun sədri Məzahir Pənahov deyib. O bildirib ki, parlament seçkilərində 95 nəfər namizədliyini geri götürərək, mübarizəni dayandırıb. Oxu.Az

Yeni Azərbaycan Partiyası tərəfindən 123 saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Aqil Məmmədov 20 Yanvar faciəsinin 30-cu ildönümündə Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən Kəlbəcər şəhidlərinin abidə kompleksini ziyarət etmiş, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsinə ucaldılmış abidənin üzərinə əklil və gül dəstələri qoymuşdur.

Yeni Azərbaycan Partiyası tərəfindən 123 saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyi irəli sürülən Aqil Məmmədov 20 yanvar faciəsinin qurbanı olan Kəlbəcər rayon sakini şəhid Cabbarov Firuz Vəli oğlunun ailəsi ilə görüşmüşdür.Görüş zamanı torpaqlarımızını ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın ruhuna dualar oxunmuşdur.Şəhidin atası Cabbarov Vəli İsmayıl oğlu 123 saylı Kəlbəcər Seçki […]

Növbədənkənar parlament seçkilərində iştirak edən Şamxal Adıgözəlov təbliğat-təşviqat kampaniyasına ilk olaraq Bərdə rayonunda yerləşən Şəhidlər xiyabanını ziyarət etməklə başlayıb. Asmedia.org  xəbər verir ki, 122 saylı Xankəndi seçki dairəsindən bitərəf olaraq namizədliyini irəli sürən Ş.Adıgözəlov torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın ruhu qarşısında baş əyərək məzarlar önünə qərənfil düzüb. Qeyd edək […]

Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi teatr-tamaşaçı münasibətlərinin yeni mərhələsini formalaşdırmaq və tamaşaçıları sənət ocağına cəlb etmək üçün kreativ layihələr gerçəkləşdirir. Eyni zamanda xüsusi təqvim günlərində tematik tamaşaları təqdim edir. Asmedia.org  məlumatına əsasən, 20 Yanvar faciəsinin ildönümü ərəfəsində teatr N saylı hərbi hissənin əsgərlərinə vətənpərvərlik mövzusunda tamaşa göstərilib. Tamaşa öncəsi teatrın […]

Yanvarın 25-dən fevralın 13-dək şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalında və bu məqsədlə yaradılmış Alternativ Qeydiyyat mərkəzlərində yerdəyişmə ilə bağlı sorğuların qəbulu dayandırılacaq. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin tarixədək qəbul edilmiş sorğuların icrası davam etdiriləcək. Sorğuların qəbulunun müvəqqəti dayandırılması məktəblərdə siniflərin komplektləşdirilməsi ilə bağlıdır. Qeyd edək ki, bugünədək elektron […]

Abşeronda su kanalına düşən 37 yaşlı şəxsin meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə, Abşeron rayonunda 1 nəfərin meyitinin su kanalından çıxarılması üçün müraciət daxil olub. Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 1983-cü il […]

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 21-də bu ölkənin Müdafiə naziri cənab İrakli Qaribaşvili ilə görüşüb. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Gürcüstan Müdafiə Nazirliyində Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi olub. Protokola uyğun olaraq Müdafiə nazirləri Fəxri Qarovulun önündən keçdikdən və dövlət himnləri […]