ƏDLİYYƏ İŞÇİLƏRİ ASAN XİDMƏT MƏRKƏZLƏRİNDƏ VƏTƏNDAŞLARA KEYFİYYƏTLİ XİDMƏT GÖSTƏRİR.

Azərbaycan Ədliyyəsinin yarandığı gündən 101 il ötür.Hər il noyabrın 22-də bu gün ədliyyə işçilərinin peşə bayramı kimi qeyd olunur. Möhtərəm prezidentimiz , cənab İlham Əliyevin sərəncamına əsasən ötən il ölkəmizdə cümhuriyyətin yüz illiyi ilə bağlı yubiley tədbirləri keçirilmişdir. Cümhuriyyətlə yaşıd olan Azərbaycan respublikasının Ədliyyə Nazirliyinin də yarandığı 100 il yüksək səviyyəli tədbirlərlə yadda qalan olmuşdur.

Tarixən Azərbaycan xalqının yüksək əxlaqi keyfiyyətlərə malik olması, mənəvi dəyərlərə sahib çıxması sayəsində dövlətçiliyimiz , onun hüquqi sisteminin yaradılması fəxr olunmalı hadisədir. Şərqdə parlament tipli ilk respublikanın qurulması,  məhz, babalarımızın dünyanın sivil dünyagörüşünə malik olmasını göstərir.

Ümummilli lider Heydər Əliyevin qərarı ilə təsis edilmiş 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı və Azərbaycan ədliyyəsinin yarandığı tarixi gün  hər il respublikamızda böyük ruh yüksəkliyi və ulu öndərə dərin minnətdarlıq hissi ilə təntənəli şəkildə qeyd olunur. 101 il inkişaf yolu keçmiş Azərbaycan ədliyyəsinin 1918-ci ildən başlayaraq keçdiyi şanlı tarix , Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi, ədliyyə işinin təkmilləşdirilməsinin məhz 1970-ci ilə – ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəldiyi dövrə təsadüf edir. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildən etibarən yenidən hakimiyyətə qayıdışından sonra ölkədə bütün sahələrdə olduğu kimi, ədliyyə sahəsində də inkişafa nail olunduğunu qeyd etmək lazımdır . Diqqətə çatdıraq ki, həmin dövrdən başlayaraq Azərbaycan Respublikası hüquqi dövlət quruculuğu yolunda inamla irəliləməyə başlamış, həyata keçirilən məhkəmə-hüquq islahatlarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr zəminində bu xidmətin fəaliyyətini tənzimləyən və insan hüquqlarının daha etibarlı təmin olunmasına yönələn mütərəqqi qanunlar, çoxsaylı digər normativ-hüquqi aktlar qəbul olunmuşdur.

Qeyd edək ki, ölkəmiz ümummilli liderin layiqli davamçısı və siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf edərək dünya ölkələri sırasında layiqli yerini tutmuşdur. Ulu Öndərin dövlət quruculuğu xəttini uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin Azərbaycan Respublikasının prezidenti kimi fəaliyyət göstərdiyi son illər ərzində ölkəmizdə məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılmış, Ədliyyə Nazirliyinin cəmiyyətdəki rolu əhəmiyyətli dərəcədə artmışdır.

Azərbaycan ədliyyə sistemi uğurlu fəaliyyətini  bu gün ASAN xidmət mərkəzlərində davam etdirir ki, bu da vətəndaşların məmnunluq hissi ilə qarşılanır. Gün ərzində onlarla sakin Bərdə ASAN xidmət mərkəzindəki ədliyyə xidmətindən yaralanır. Vətəndaşların müraciətlərinə baxılaraq, onlara xidmət yüksək səviyyədə həyata keçirilir. Biz ədliyyə işçiləri həmişə olduğu kimi vətəndaşlara göstərdiyimiz xidmətə və gördüyümüz işə görə qürur hissi keçiririk.

Hörmətli ədliyyə işçiləri, həmkarlar ,  bayramınız mübarək!

Əfəndiyeva Məftunə Mustafa qızı

Bərdə regional ASAN xidmət mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Cəlil Məmmədquluzadənin ev muzeyinin təmirdən sonra açılış mərasimi keçirildi - FOTO

Be Noy 18 , 2019
Yazıçı – dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin ev muzeyinin təmirdən sonra açılış mərasimi keçirilib. Asmedia.org məlumatına görə, tədbirdə Cəlil Məmmədquluzadənin ilk dəfə Azərbaycana gəlmiş nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri, Mədəniyyət nazirinin müavini Vaqif Əliyev, Azərbaycan Yazıçılar Birliyinin  sədir Anar Rzayev, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Milli Məclisin […]