Ərdoğan və Tramp Suriyadakı son hadisələri müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı edib.

ASMEDIA.ORG Trend-ə istinadən bildirir ki, söhbət əsnasında Ərdoğan və Tramp ikitərəfli münasibətlərə toxunub, həmçinin Suriyadakı son hadisələri müzakirə ediblər.

Hər iki liderin ticarət həcmini 100 milyard dollara qaldırmasında qətiyyətli olduqlarını da təsdiq ediblər.

Bildirilir ki, tərəflər Suriyanın İdlib şəhərində mülki şəxsləri qorumaq və yeni humanitar böhranların qarşısını almaq üçün əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Arvadı ilə tutmuşdu, bağışladı, amma 4 il sonra öldürdü - Şabranda əcaib cinayət

Ca Avq 29 , 2019
Şabran rayon sakini, 39 yaşlı Vüsal Hacıyev həmyerlisi Ruslanı qətlə yetirib. Məhkəmədə bəlli olub ki, Vüsal əvvəllər həyat yoldaşı ilə Ruslanın münasibətindən xəbər tutub, hətta onları bir yerdə yaxalayıb. Maraqlıdır ki, həmin vaxt namusuna göz dikdiyi üçün Ruslana əl vurmayıb, onu polisə təhvil verib. Ruslan isə arvadı ilə bir yerdə […]