22 NOYABR – ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜDÜR

Ölkəmizdə aparılan islahatların ən əhəmiyyətli  hissəsi, heç şübhəsiz ki, ədliyyə sisteminin müasir tələblərə görə uyğunlaşdırılmasıdır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin davamlı olaraq cəmiyyətə təqdim etdiyi islahatlar paketinin həyata keçirilməsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin də  böyük rolu var. Məhkəmə- hüquq sisteminin günün tələbləri səviyyəsinə uyğunlaşdırılması, insan hüquq və azadlıqlarının təmin edilməsi olduqca əhəmiyyətli hadisədir. Bu baxımdan Azərbaycan Respublikasınını ədliyyə sistemini dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə etmək olar. Müasir ədliyyəmizin bu günkü uğurlarının kökündə isə heç şübhəsiz ki, zəngin ənənə dayanır.

1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılması ilə bir gündə təsis olunan Ədliyyə Nazirliyi 101  illik tarixi dövr ərzində zəngin və keşməkeşli bir yol keçərək müasir inkişaf mərhələsinə çatıb, dövlətin hüquq siyasətini həyata keçirən bir orqana çevrilib, səlahiyyətləri isə xeyli genişlənib.

Azərbaycanda ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Ölkənin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. 1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün Ədliyyə Nazirliyi də yaradılıb. Nazirlik öz işinə ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlayır, gərgin fəaliyyət nəticəsində məhkəmə aparatları tədricən bərpa edilir, binalar qaydaya salınır və çətinliklə də olsa hüquq ədəbiyyatı kitabxanası yaradılaraq 6 aylıq hüquq kursları təşkil edilir. Azərbaycan Demokratik Respublikası 1920-ci il aprel ayının 28-də süqut etdikdən sonra Ədliyyə Nazirliyi ləğv edilir və yerinə Xalq Ədliyyə Komissarlığı yaradılaraq, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilir. 1959-cu ildə Ədliyyə Komissarlığının yenidən fəaliyyəti dayandırılır və onun səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülür.

Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi, Ümumilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilib. Bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanıb . Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmək, əhaliyə hüquqi yardımı yaxşılaşdırmaq, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmək, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yaradıb . Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirilib .

Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr – 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edilib  və Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilib .

Bununla da uzun və şərəfli yol keçmiş Azərbaycan ədliyyəsi hər il 22 noyabrı özünün peşə bayramı günü kimi qeyd edir. İldən ilə ölkəmizdə aparılan hüquqi islahatlarda biz ədliyyə işçilərinin iştirak etməsi qürurverici və fərəh hissilərinin yaşanması deməkdir. İnanırıqkı ədliyyəmizin uğurları davamlı olacaq, dünyanın ən ədalətli ədliyyəsinin bariz nümunəsinə çevriləcək.

Necə ki, bu gün Qanununun aliliyi, insanların qanun qarşısında bərabərliyi məsələsi ədliyyə sisteminin əsas fəaliyyət prinsipini təşkil edir.

Hörmətli ədliyyə işçiləri, bayramınız mübarək!

Nəriman İsmayılov

Bərdə Rayon Qeydiyyat Şöbəsinin rəisi vəzifəsini icra edən

II dərəcəli ədliyyə qulluqçusu

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

ƏDLİYYƏ İŞÇİLƏRİ ASAN XİDMƏT MƏRKƏZLƏRİNDƏ VƏTƏNDAŞLARA KEYFİYYƏTLİ XİDMƏT GÖSTƏRİR.

Şb Noy 16 , 2019
Azərbaycan Ədliyyəsinin yarandığı gündən 101 il ötür.Hər il noyabrın 22-də bu gün ədliyyə işçilərinin peşə bayramı kimi qeyd olunur. Möhtərəm prezidentimiz , cənab İlham Əliyevin sərəncamına əsasən ötən il ölkəmizdə cümhuriyyətin yüz illiyi ilə bağlı yubiley tədbirləri keçirilmişdir. Cümhuriyyətlə yaşıd olan Azərbaycan respublikasının Ədliyyə Nazirliyinin də yarandığı 100 il yüksək […]