40 günlük körpənin ürək əməliyyatı uğurlu alındı

Respublika Müalicəvi Diaqnostika Mərkəzində anadangəlmə ürək qüsurundan əziyyət çəkən yenidoğulmuş körpə sağlamlığa qovuşub.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, RMDM-də Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, ürək-damar cərrahı Anar Əmrahın rəhbərliyi altında növbəti uğurlu əməliyyat icra olunub, anadangəlmə ürək qüsurundan əziyyət çəkən yenidoğulmuş sağlamlığa qovuşub. Əməliyyat erkən yaşda ciddi ürək çatışmazlığı, ağciyər (pulmonar) hipertenziya, biküspid aort qapaq və geniş (10 mm) PDA ilə 40 günlük körpə üzərində həyata keçirilib.

RMDM-ə qəbul edilərkən körpədə qidalanma zamanı ciddi təngnəfəslik, yorulma və tərləmə əlamətləri var idi. Qüsur aradan qaldırıldıqdan sonra körpənin çəkisində gözəçarpacaq dərəcədə artma müşahidə olunub və yaxşı vəziyyətdə evə yazılıb. Körpənin valideynləri əməliyyatda əməyi keçən bütün tibbi heyətə təşəkkürünü çatdırıblar.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Nazir müavini: "Tibb müəssisələrinin 60 faizə yaxını publik hüquqi şəxs olub"

Ç Noy 6 , 2019
Gələn ilin yanvarın 1-dən ölkə üzrə icbari tibbi sistemə keçiləcək. Bununla əlaqədar hazırda tibb müəssisələrinin publik hüquqi şəxs statusu alması ilə bağlı ciddi işlər görülür. Asmedia.org  Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Onun sözlərinə görə, artıq Bakı və regionlar da daxil olmaqla, tibb müəssisələrinin […]