Ali məktəblərdə çalışan professor və müəllimlərin sayı açıqlandı

Azərbaycanda 50 ali təhsil müəssisəsi (üç universitetin səkkiz filialı da buraya daxildir) var. Onlardan 32-i dövlət, 11-i isə özəl, yeddisi xüsusi təyinatlı ali təhsil məssisəsidir. Bütün təhsil müəssisələrinin 42-si Bakı şəhərində yerləşir.

Asmedia.org-ın məlumatına görə, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib.

Azərbaycanda 163779 nəfər təhsil alır. Bu, o deməkdir ki, Azərbaycanın təxminən 1.64 faizi tələbədir.

Bu il isə Azərbaycanın ali təhsil müəssisələrinə 43480 nəfər tələbə qəbul olub. Ölkəmizdə 6100 əcnəbi tələbə təhsil alır.

Ali məktəblərdə 14800 professor və müəllim çalışır.Oxu.Az

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdi - FOTO

Ç Okt 23 , 2019
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib. Bununla bağlı AZƏRTAC məlumat yayıb.