Alman İnkişaf Bankı: Milli Parkların girişində ekoturizm mərkəzlərinin yaradılması vacibdir

“Milli Parkların hər birinin girişində beynəlxalq standartlara cavab verən ekoturizm mərkəzlərinin yaradılması vacib məsələdir”.

Asmedia.org Trend-ə istinadən xəbər verir ki, bunu Alman İnkişaf Bankının Transsərhəd birgə katibliyi layihəsinin milli koordinatoru Ruslan Salmanov “Azərbaycanın milli parklarında ekoturizm fəaliyyəti” mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, həmin mərkəzlərdə insanları qarşılayan məsul şəxslər olmalıdır: “Təəssüf ki, ölkənin milli parklarında bununla bağlı müəyyən boşluqlar var. Bundan başqa, xüsusi mühafizə olunan təbiət əraziləri barədə qəbul edilən qanunvericilik bazasına dəyişikliklər edilmədir”.

R.Salmanov əlavə edib ki, milli parklarda iaşə obyektlərinin və ya yerləşdirmə yerlərinin tikilməsi mümkündür: “Belə obyektlərin inşası üçün lazımi prosedurlar normativ aktlarda öz əksini tapmayıb. Bu gün ölkədə 11 milli parkdan cəmi bir – ikisini çıxmaq şərti ilə digərlərində belə obyektlər yoxdur”.

Tədbirdə qeyd edilib ki, Abşeron yarımadasının ən son nöqtəsi olan “Şah dili” (qartalın dimdiyi kimi tanınan ərazi) Abşeron Milli Parkının da son nöqtəsidir və bu ərazini turistlər üçün daha maraqlı və yaddaqalan bir məkana çevirmək, rəmzi guşə yaratmaq olar.

Görüşdə iştirak edən ETSN nümayəndələri bu maraqlı ideyanı dəstəklədiklərini və artıq bütün milli parklar üçün yaddaqalan və brendə çevrilməli olan oxşar layihələrin üzərində iş aparıldığını bildiriblər.

Tədbirdə ekoturizmin inkişafı ilə bağlı turizm şirkətlərinin nümayəndələri tərəfindən də bəzi təkliflər səsləndirilib.

Qeyd edilib ki, Azərbaycanın gözəl təbiətə malik bəzi ərazilərinə, o cümlədən şəlalələrinə avtomobillə və ya piyada getmək təhlükəlidir. Bu yerlərdə bir çox ölkələrdə olduğu kimi kanatlar çəkilə bilər.

Bildirilib ki, milli parklarda heyvanlar aləmini turistlərə canlı deyil, yalnız fotolar vasitəsilə göstərmək mümkündür. Bunun üçün xarici təcrübədən yararlanaraq turistlərin vəhşi heyvanların olduğu ərazilərə təhlükəsiz şəkildə daxil ola bilməsi üçün imkanlar yaradılmalıdır.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycanda yeni səfirlik açıldı

Ça Okt 1 , 2019
XİN-in Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Slovakiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş müvəqqəti işlər vəkili Elçin Qasımovu qəbul edib. XİN-dən verilən məlumata görə, görüşdə Elçin Qasımovu Slovakiyanın Xarici və Avropa İşləri üzrə Nazirliyi tərəfindən ünvanlanmış notanı Pərvin Mirzəzadəyə təqdim edib. Notada verilmiş məlumata əsasən, 2019-cu ilin 1 oktyabr […]