Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır

Bu gün Baş nazir vəzifəsinə yeni seçiləcək şəxsi çox yaxşı tanıyıram. Əli Əsədov bir iqtisadçı kimi tamamilə işin içində olan adamdır. Hesab edirəm ki, bu, çox yaxşı seçimdir.

Bu fikirləri Modern.az-a sabiq Baş Nazir Artur Rasizadə yeni Baş nazir təyinatı barədə danışarkən deyib.

O bildirib ki, baş nazir olmaq heç də asan vəzifə deyil:

“Novruz müəllim də ötən iki il ərzində üzərinə düşən işi yerinə yetirib. O da çox yaxşı insandır. Əslində, yeni bir söz deməyəcəm. Baş nazir vəzifəsi asan vəzifə deyil. Həm məsuliyyətli, həm də çətin vəzifədir. Çünki hər sahədən anlayışlı olmaq lazımdır. Hərbi məsələdən tutmuş  ta səhiyyə, təhsil, mədəniyyətə qədər…

Nazirlər Kabinetində işləməyən adamlar elə bilirlər ki, Baş nazir olmaq asandır. Ancaq heç də elə deyil. İşin içində olan adam başa düşür ki, Baş nazir vəzifəsi məsuliyyət və peşəkarlıq tələb edir”.

Artur Rasizadə Əli Əsədovu təbrik edəcəyini də söyləyib:

“Hələ Əli müəllimi təbrik etməmişəm. Təbii ki, edəcəm. Əli müəllimin Prezident Administrasiyasında çox böyük hörməti var”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun bu gün istefa verəcəyi gözlənilir.

N.Məmmədovun məsələsi Milli Məclisin bu gün keçiriləcək iclasının da gündəliyinə daxil edilib.

Rəsmi məlumata görə, Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə Əli Əsədov gətirilir.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Novruz Məmmədov Baş Nazir vəzifəsindən azad edilməsi ilə bağlı müraciət edib

Ça Okt 8 , 2019
Novruz Məmmədov Azərbaycanın Baş naziri vəzifəsindən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib. Asmedia.org Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov bildirib. Xatırladaq ki, N.Məmmədov Baş Nazir vəzifəsinə 2018-ci ilin aprelində təyin edilib.