Arvadını öldürmək üçün ssenari qurdu, gözlənilməz zərbədən iflic oldu

ABŞ-ın Florida ştatının sakininin həyat yoldaşını öldürmək planı özünün iflic olmasına səbəb olub.

Bu barədə “New York Post” xəbər yayıb.

65 yaşlı Henri Herbiq bir neçə həftə ondan ayrı yaşayan həyat yoldaşını öldürmək üçün plan hazırlayıb.

Herbiq qadının yaşadığı mənzilinə qədər marşrut xəttini elə hazırlayıb ki, heç bir təhlükəsizlik kamerasına yaxalanmasın. Üstəlik, maşında hər növ öldürücü alət olub: taxta dəyənək, silah, böyük qayka açarı. Bundan əlavə, kişi maskalanmaq üçün də müxtəlif ləvazimatlar, zibil torbası və yapışqan lent götürüb.

O, arvadının Virciniya çimərliyindəki evinə gəlib, iti ilə çölə çıxan ögey qızını qayka açarı ilə başından vurub. Daha sonra evə daxil olaraq yoldaşını tapıb və onu vurmağa başlayıb. Qadının çənəsini sındıran kişi müqavimətlə qarşılaşacağını hesablamayıb. Belə ki, qadının qızı silahı götürərək kişiyə atəş açıb. Güllə kişinin onurğa sütünundan dəyərək onu iflic edib.

Hadisə yerinə gələn polislər kişinin maşınından tapdıqları cinayət alətlərini maddi sübut kimi götürüb. Hazırda məhkəmə davam etsə də, vəkilləri kişinin iflic olduğunu əsas tutaraq onun azad olunmasına nail olmağa çalışır.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı dəyişdirilib

Be Sen 30 , 2019
Prezident İlham Əliyev Ənvər Seyidəliyevin Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Ənvər Qasım oğlu Seyidəliyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezident İlham Əliyevin imzaladığı digər sərəncamla Vahid Heydər oğlu Tağıyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.