Atəşkəs cəbhənin müxtəlif istiqamətlərində 21 dəfə pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Sarıcalı, Mərzili, Füzuli rayonunun Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

UEFA Avropa klublarını cəzalandırdı, “Qarabağ”ınkını sonraya saxladı

C Okt 18 , 2019
UEFA Nəzarət, Etika və İntizam Orqanı bir neçə kluba tətbiq olunan sanksiyaları açıqlayıb. Asmedia.org xəbər verir ki, Portuqaliyanın “Vitoria” və Almaniyanın “Ayntraxt” klubları öz aralarında keçirdikləri UEFA Avropa Liqası matçına görə cəzalandırılıb. Qimaranyş klubunun baş məşqçisi İvu Vieyraya oyuna gec başlamağa səbəb olduğu üçün xəbərdarlıq edilib. Klub isə stadiondakı atəşfəşanlığa […]