Atəşkəs iriçaplı pulemyotlarla pozuldu – 21 dəfə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Cəvahirli, Yusifcanlı, Füzuli rayonunun Qərvənd, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycan Dünya Çimərlik Oyunlarında dördüncü medalı qazandı

Ça Okt 15 , 2019
Azərbaycan milli komandası Qətərin paytaxtı Dohada keçirilən Dünya Çimərlik Oyunlarında dördüncü medalını qazanıb. Asmedia.org xəbər verir ki, yığmamızın aktivinə mükafatı triatlonun akvatlon növündə mübarizə aparan Rostislav Pevtsov və Kseniya Levkovskayadan ibarət ukraynalı cütlük yazdırıb. Onlar qarışıq cütlükdə finiş xəttinə üçüncü çatmaqla bürünc medala yiyələnib. R.Pevtsov və K.Levkovskaya 1:03,55 saat nəticə […]