Rusiya prezidenti Vladimir Putin Soçidə Almaniya biznesinin nümayəndələri ilə görüşündə alman dilində danışıb. Asmedia.org unikal.org-a istinadən xəbər verir ki, bu barədə “Pul №3” teleqram kanalı xəbər verib. Belə ki, söhbət əsnasında rus dilindən alman dilinə sinxron tərcümədə problem yaşanıb. Bu zaman dövlət başçısı üzünü onlara tutaraq deyib: “Was ist los?” (“Nə […]

Bakıda azyaşlı qızlara əzab verən şəxs barəsində cinayət işi açılıb. News24.az-ın məlumatına görə, Xəzər Rayon Polis İdarəsində Xəndam Ağazadə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.1-ci, yəni, əzab vermə – iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə maddəsi ilə […]

Azərbaycanda 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində yeni ekspert və işçi qrupları yaradılıb. Trend-in məlumatına görə, bununla bağlı məsələ MSK-nın bu gün keçirilən iclasında müzakirə edilib. İclasda ilk olaraq vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə […]

Dekabrın 7-si və 8-i Azərbaycan Milli Xalça Muzeyində “Xalça diyarına səyahət” uşaq festivalı keçirilir. Asmedia.org məlumatına görə, muzeyin Uşaq şöbəsinin 10 illik yubileyinə həsr olunmuş festival iştirakçıları üçün əyləncəli viktorina, nağıl qəhrəmanları ilə kvest oyunu, ustad dərsləri təşkil olunacaq, onlara kukla tamaşaları göstəriləcək. Sürprizlərlə dolu festivalda uşaqlar möhtəşəm karnaval, Transformers Bumblebee […]

Bu gün Tokioda keçirilən batut gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarından daha bir sevindirici xəbər gəlib. Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, bu dəfə tamblinq yarışlarında 11-12 yaşlı gimnastlar arasında ölkəmizi təmsil edən Aleksey Karataşov yarışların qızıl medalını qazandı. Təsnifat mərhələsində elə ilk pillədən finala vəsiqə qazanan Bakı Gimnastika […]

Hindistanlının lotereyada qazandığı pulla aldığı torpaqdan xəzinə çıxıb. “CNNTürk”ün xəbərinə görə, lotereyada 842 min dollar qazanan Rathnakaran Pillai adlı şəxs pulun bir hissəsi ilə Kerala əyalətində torpaq alıb. Sən demə, onun aldığı ərazidə qədim xəzinə basdırılıb. Travankor Krallığına məxsus olduğu təxmin edilən 2500-dən çox sikkə tapan Pillai bunu müvafiq orqanlara bildirib. […]

Bakı-Sumqayıt yolunda zəncirvari qəza olub. Asmedia.org xəbər verir ki, hadisə nəticəsində dörd avtomobilə ciddi ziyan dəyib. Belə ki, hərəkətdə olan “Nexia”, “QAZ 3110”, iki ədəd “Range Rover” markalı avtomobillər toqquşub. Nəticədə, Bakı-Sumqayıt yolunda ciddi tıxac əmələ gəlib. Qəza nəticəsində ölən və yaralananlarla bağlı dəqiq məlumat yoxdur. Oxu.az

Türkiyənin Tunceli vilayətində qaya parçası dağdan qoparaq yaşayış evinə düşüb. DHA-nın məlumatına görə, Yuxarıbudaq kəndində Suat Doğanın iki uşağı və arvadı ilə yaşadığı ev yararsız hala düşüb. Hadisə baş verən zaman Dilək adlı ana və onun yeddi yaşlı oğlu evdə olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Yerli icra orqanından bildirilib ki, dəyən maddi […]

“Xəzər” TV-yə yeni müavin təsdiq edilib. Telekanalın rəhbəri Şamxal Həsənovun tezliklə işdən kənarlaşdırılacağı deyilir. KONKRET.az-ın redaksiyasına daxil olan məlumata görə, “Xəzər” TV-də artıq təhvil-təslim işlərinə də start verilib və bəzi əşyaların daşınmasına başlanılıb. Qeyd edək ki, Şamxal Həsənov Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun oğludur. Onun mətbuat və televiziya […]

Qızılca xəstəliyindən 2018-ci ildə 140 min insan həyatını itirib, 10 milyon insan isə bu xəstəliyə yoluxub. Xəbəri “Reuters” agentliyi Ümumdünya Səhiyyə Təşkilatına istinadən yayımlayıb. Beş yaşına qədər vəfat edənlərin əksəriyyəti peyvənd vurulmamış uşaqlardır. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Adan Qebreisus uşaqların peyvənd edilməməsi səbəbindən qızılcadan vəfat etməsini kollektiv iflas kimi […]