Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edəcəklər – FOTO

Azərbaycan Ordusunun hərbi qulluqçuları “Hohenfels” təlim mərkəzində keçiriləcək “Saber Junction – 19” çoxmillətli briqada taktiki təlimində iştirak etmək üçün Almaniya Federativ Respublikasına yola düşüblər.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Amerika Birləşmiş Ştatları Avropa Komandanlığının (EUCOM) təşkilatçılığı ilə keçiriləcək təlimin əsas məqsədi NATO və tərəfdaş ölkələr arasında əməliyyat uyarlılığının və bölmələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, eləcə də, hərbi qulluqçuların fərdi bacarıqlarının təkmilləşdirilməsidir.

Azərbaycan Ordusunun nümayəndələrinin də qatıldığı təlimə NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularından 2000-dək hərbi qulluqçu cəlb olunub.

Təlim sentyabrın 30-dək davam edəcək.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Məlahət İbrahimqızı: Azərbaycanın hər bir çağırışı dünyanın diqqətindədir

Ça Sen 10 , 2019
Azərbaycan bu gün iqtisadi, siyasi, humanitar mərkəz kimi tanınır. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər  malik olduğumuz imkanların təqdimatında əhəmiyyətli rol oynamaqla yanaşı,  beynəlxalq aləmdə tutduğu mövqeyə də işıq salır. Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri  Məlahət İbrahimqızı Bakıda keçirilən  Asiya Siyasi Partiyaları […]