Azərbaycana dərman idxalı azalıb

Azərbaycan əczaçılıq məhsullarının idxalını azaldıb
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 176,8 mln. ABŞ dolları dəyərində 8 886,8 ton əczaçılıq məhsulları idxal edilib.

Asmedia.org apa-ya istinadəm xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk səkkiz ayında ölkəyə idxal olunan əczaçılıq məhsullarının 2,2 mln. dollar və ya 1,2%, həcmi isə 539,4 ton və ya 5,7% azalıb.

Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında əczaçılıq məhsullarının ümumi idxaldakı payı 1,88% təşkil edib. Bu göstərici illik müqayisədə 0,73 faiz bəndi azalıb.
Xatırladaq ki, hesabat dövründə ölkədə əczaçılıq məhsullarının istehsalı 9,8% artıb.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Neftdən gələn gəlirlərdən səmərəli istifadə olunması nəticəsində Azərbaycan qüdrətli çevrilib

Be Sen 23 , 2019
“Neftdən gələn gəlirlərdən səmərəli istifadə olunması nəticəsində Azərbaycan qüdrətli, özünü təmin edən dövlətə çevrilib. Müasir müstəqil Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, bütün sahələrdə qazanılan parlaq nailiyyətlər ölkəmizin qarşısında yeni perspektivlər açır”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri […]