Azərbaycanda əhalinin 15,3 faizi siqaret çəkir

Azərbaycanda əhalinin 15,3 faizi siqaret çəkir.

 

Asmedia.org Trend-ə istinadən xəbər verir ki, 2018-ci ildə aparılmış ev təsərrüfatları tədqiqatının məlumatlarına əsasən, Azərbaycanda 15-19 yaşlı əhalinin 0,1 faizi, 20-44 yaşlı əhalinin 13,4 faizi, 45-64 yaşlı əhalinin 21,7 faizi siqaret çəkir.

 

 

Siqaret çəkənlərin 14 faizinin yaşı 65-dən çoxdur. Əhalinin 5,3 faizi gündə 20 ədəddən çox siqaret çəkir.

 

 

Tədqiqata əsasən, ölkədəki kişilərin 31,9 faizi siqaret çəkir. Ümumilikdə ölkədə 15-19 yaşlı kişilərin 0,2 faizi, 20-44 yaşlı kişilərin 26,5 faizi siqaret çəkir. Siqaret çəkənlərin böyük hissəsini 45-64 yaşlı kişilər təşkil edir. Onların 47,8 faizi siqaret çəkir. Siqaret çəkənlər arasında yaşı 65-dən çox olanların faizi isə 32,3 olub.

 

Ölkədəki qadınların bütün yaş qrupları üzrə siqaret çəkmə göstəricisi 0,0 faiz (məlumat çox kiçik rəqəmlə xarakterizə olunduqda o, 0,0 kimi qeyd edilir-İ.İ) qiymətləndirilib.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

“iPhone”larla bağlı gözlənilməz - QƏRAR

Be Noy 4 , 2019
“Apple” şirkəti istehsal etdiyi köhnə model telefonlarında internet xidmətini deaktiv etmək niyyətindədir. Köhnə “iPhone” və “iPad”lərin sahiblərinə bazar ertəsindən etibarən internet problemi ilə qarşılaşa biləcəkləri barədə xəbərdarlıq edilib. 2012-ci ildən əvvəl istehsal olunan “Apple” məhsulları sahibləri ən son proqram təminatını quraşdırmadıqda çətinlik çəkəcəklər. Çatışmazlıqlar “AppStore” və “iCloud” sistemində də baş verə […]