Azərbaycanlı həkimlərlə əməkdaşlığa hazırıq – İtaliyalı həkim – VİDEO

Mənim üçün Bakıda olmaq çox xoşdur. Biz ümid edirik ki, Azərbaycan Milli Elmlər Akademiyası ilə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında vacib saziş çərçivəsində uşaq kardiocərrahiyyəsi sahəsində əməkdaşlığa başlayacağıq. Sevindirici haldır ki, Azərbaycanda anadangəlmə ürək qüsuru olan uşaqların müalicəsi və əməliyyatı üçün lazım olan hər şey edilir.

Asmedia.org xəbər verir ki, bunu “PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah”videolayihəsi çərçivəsində Trend-ə italiyalı həkim-professor Françesko Naccarello deyib.

Professorun sözlərinə görə, Azərbaycanda Heydər Əliyev Fondunun dəstəyi ilə humanitar yardım sahəsində də uğurlu layihələr həyata keçirilir:

“Vatikanın böyük xəstəxanalarından biri olan və pediatriya, onkologiya, eləcə də kardiologiya və uşaq kardiocərrahiyyəsi sahəsində ixtisaslaşmış “Bambino Cezu” klinikası azərbaycanlı həkimlərlə əməkdaşlığa hazırdır. Yaxın zamanlarda azərbaycanlı ürək cərrahı Rəşad Mahmudovun Roma Universiteti və “Bambino Cezu” klinikasına növbəti səfəri gözlənilir. İtaliyalı kardiocərrahlar da qarşılıqlı olaraq Bakıya səfər edəcək, görüşlər keçirəcəklər. Fikrimcə, uşaq kardiocərrahiyyəsi sahəsində əməkdaşlıq daha da genişləndiriləcək.

Qeyd etmək istərdim ki, son 15 ildə ölkələrimiz arasında belə bir əməkdaşlıq olmayıb. Sevinirəm ki, artıq İtaliya və Azərbaycan arasında səhiyyə üzrə əməkdaşlıq üçün çox gözəl fürsət var”.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Məqsəd peşəkar media resurslarının formalaşdırılmasıdır

Ça İyl 23 , 2019
İlham Əliyev: “Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda, milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır” Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanın inkişaf dinamikası milli informasiya resurslarından da yan keçməmiş, onların ümumdünya informasiya şəbəkəsindəki çəkisini […]