“Azəriqaz” 65 yaşdan yuxarı abonentlərə yardım edəcək

“Azəriqaz” İstehsalat Birliyi Azərbaycan Respublikasının Hökuməti tərəfindən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə atdığı addımlara dəstək olaraq sosial aksiyaya start verir.

Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 29-dan etibarən #evdəqal çağırışlarına uyğun olaraq evlərini tərk etməyən 65 yaşdan yuxarı abonentlərə “Azəriqaz” İstehsalat Birliyi də yardımçı olacaq.

Bu yaş kateqoriyasına aid olan şəxslər Birliyin 104/185 saylı Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla nəyə ehtiyac duyduqlarını bildirə bilərlər. Bundan başqa bu barədə (+99477) 3 104 104 saylı “Whatsapp” nömrəsinə mesaj da göndərə bilərlər.

Qeyd edək ki, ilk növbədə qaz təsərrüfatı ilə bağlı məsələlərə diqqət ayrılacaq. Məsələn, 65 yaşdan yuxarı olan abonentin kartına vəsait yükləmək lazım gələrsə, bu xidmət üçün onun kartı götürülməklə vəsait yüklənilib ünvanında özünə qaytarılacaq. İşlətdiyi məişət qaz cihazlarında hər hansı nasazlıq yaranarsa, təmənnasız olaraq təmir ediləcək”.

Məlumatda bildirilir ki, Birlik eyni zamanda bu xidmətlərlə yanaşı göstərilən yaş kateqoriyasında olan abonentlər üçün bütün digər sosial xidmətləri təqdim edən dövlət qurumları ilə həmrəydir və bu işdə onlarla birgə fəaliyyətə hazırdır.

asmedia org

Bir cavab yazın

Next Post

Azərbaycan həkimlərinə eşq olsun! VİDEO

Be Mar 30 , 2020
Alov Qüllələrində Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” Fikri, “Azərbaycan həkimlərinə eşq olsun!” və “Evdə qal Azərbaycan!” sloqanları əks olunub. Prezident bu gün “Yeni klinika”nın açılışındakı çıxışında həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçiriləcəyini və ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan “Alov qüllələri”ndə də həkimlərə münasibətin əks olunacağını bildirmişdi.