Bəzi tibbi ləvazimatların idxalı ƏDV-dən azad olundu – FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında” Fərman imzalayıb.

Trend xəbər verir ki, fərmana əsasən, “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”na əlavələr edilib. Belə ki, baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxalı əlavə dəyər vergisindən azad olunub.

Fərman cari il iyunun 1-dək qüvvədədir.

asmedia org

Bir cavab yazın

Next Post

Dünyanın ən gənc milyarderləri – TOP 12

Şb Mar 28 , 2020
Çinin “Hurun” tədqiqat institutunun mütəxəssisləri sərvətini müstəqil şəkildə əldə etmiş yaşı 40-dan az olan gənc milyarderlərin daxil olduğu “Hurun Global 40 and Under Self-Made Billionaires 2020” reytinqini tərtib ediblər. Ümumilikdə reytinqdə dünyanın müxtəlif ölkələrindən 53 gənc milyarderin adı çəkilir. Beləliklə, yaşı 40-dan az olan ən gənc 12 milyarderi təqdim edirik: […]