Bakı “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına düşdü: Mehriban Əliyevadan təbrik – FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instaqram” səhifəsində Bakı şəhərinin 31 oktyabr – Dünya Şəhərlər Günündə “dizayn” tematikası üzrə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsi ilə əlaqədar paylaşım edib.

Birinci vitse-prezidentin paylaşımında deyilir:

“Təkrarsız tarixi siması qorunaraq müasir memarlıq inciləri ilə daim gözəlləşən Bakı şəhəri 31 oktyabr – Dünya Şəhərlər Günündə “dizayn” tematikası üzrə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib.

Paytaxtımızın tarixi üçün əlamətdar olan bu hadisə münasibətilə həmvətənlərimi təbrik edirəm, ölkəmizin bütün şəhərlərinə sülh, inkişaf, tərəqqi, mehriban, qonaqpərvər sakinlərinə isə xoşbəxtlik və firavanlıq arzulayıram!”

 

 

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Türkiyədən alınan yeni texnikalar silahlanmaya daxil edildi - FOTO

Ca Okt 31 , 2019
Əlahiddə Ümumqoşun Orduda mühəndis təminatı işinin daha da yaxşılaşdırılması məqsədi ilə yeni xüsusi texnikaların ilk hissəsi silahlanmaya qəbul edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Türkiyədə istehsal edilən mini ekskavatorların Ordunun təminatına daxil edilməsi hərbi əməkdaşlıq istiqamətində atılan mühüm addımlardan biridir. Silahlanmaya qəbul edilən mühəndis texnikalarının yüksək texniki xüsusiyyətləri […]