Bakıda IV Beynəlxalq Bankçılıq Forumu işə başlayıb

Bu gün Bakıda IV Beynəlxalq Bankçılıq Forumu öz işinə başlayıb.

Asmedia.org Trend-ə istinadən xəbər verir ki, forum Azərbaycan Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası və İqtisadi İslahatlar və Kommunikasiya Təhlili Mərkəzinin dəstəyi ilə keçirilir.

Forum regionda ən mötəbər maliyyə və bank tədbirlərindən biridir.

forumun məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşdırma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, komplayns sahələrindəki yeniliklər və risklərin, həmçinin sadalananların mövcud hüquqi çərçivəyə uyğunluğu və adaptasiyası imkanlarının, bu proseslərin bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsinə təsiri məsələlərinin, eləcədə digər əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır.

Forum maliyyə-bank sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbərlərini, kommersiya banklarının və maliyyə sektorunun digər iştirakçılarının yuxarı menecmentini, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərlərinin, digər qərar qəbulediciləri və s. maraqlı tərəflərin bir araya gəldiyi məkandır.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Baş nazir bu qurumları birləşdirdi

Ç Noy 6 , 2019
Baş Nazir Əli Əsədov bir sıra qurumların siyahısında dəyişiklik edib. Asmedia.org xəbər verir ki, “Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında “qərarı imzalayıb. Bununla da Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu, İstedadlı Uşaqlarla İş Mərkəzi və Respublika Elmi-Pedaqoji Kitabxanası Təhsil İnstitutuna, Bədən Tərbiyəsi Mərkəzi “Təhsil” Respublika İdman […]