Bakıda kiçik qardaş böyük qardaşına böyrəyini bağışladı

Uroloq cərrah  Rəşad Şolanın rəhbərliyi ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsində uğurlu böyrəkköçürmə əməliyyatı həyata keçirilib.
ARANTV.AZ xəbər verir ki, bu dəfə 36 yaşlı qardaş xroniki böyrək çatışmazlığından əziyyət çəkən 41 yaşlı qardaşına böyrəyini bağışlayıb.
“Təcili əməliyyata göstəriş var idi. Əks halda pasiyentimizi qarşıda ömür boyu davam edəcək hemodializ seansları gözləyirdi. Resipiyentin qardaşı lazım olan analizləri verdikdən sonra məlum oldu ki, onun böyrəyi qardaşına ideal olaraq uyğundur.
Böyrəkköçürmə əməliyyatı həm resipiyent, həm də donor üçün uğurlu keçdi. Kiçik qardaş böyük qardaşına böyrəyini bağışlamaqla, ona yaşamağa ümid verdi! Əməliyyatdan sonra xəstəmiz nəinki özünü yaxşı hiss etməyə başladı, həmçinin onun emosional vəziyyəti də yaxşılığa doğru dəyişdi.
Bu hadisə qardaşları bir-birinə daha da möhkəm bağladı. Ümumiyyətlə, heç də xroniki böyrək çatışmazlığından əziyyət çəkən bütün xəstələrə əməliyyat göstəriş deyil. Bəziləri əməliyyatın ağır olduğundan çəkinərək bundan imtina edirlər. Komandamızın əməyi sayəsində əməliyyatın səhəri günü donor sərbəst şəkildə hərəkət etməyə başladı, bir neçə gündən sonra isə qardaşlar evə yazıldılar”, – deyə şöbə müdiri bildirib.Medicina.az

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İlham Əliyev bu şəxsləri təltif etdi

Ç Okt 30 , 2019
Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər: “Şöhrət” ordeni ilə Dadaşov Rafael Məlik oğlu Quliyev Nurəddin Əzulla oğlu Məlik Ramiz Ağarza oğlu […]