Bakıda yarıçılpaq kişi insanlara hücum etdi, bir qadını yaraladı – VİDEO

Sosial şəbəkələrdə iki şəxsin yolu bağlayaraq hərəkətə süni maneələr yaratmasının əks olunduğu video yayılıb.

Videogörüntülərdən məlum olur ki, yola zibil qutusu qoyulub. Şəxslər həmin yoldan insanların və nəqliyyat vasitələrinin gediş-gəlişinə mane olmağa çalışır.

Yarıçılpaq kişi onlara etiraz edən qıza hücum edərək xəsarət yetirib.

Daha sonra sərxoş olduğu ehtimal olunan şəxslər ətrafdakı vətəndaşlar tərəfindən zərərsizləşdirilib.

Bakı Şəhər Baş Polis İdarəsi məsələyə münasibət bildirib.

İdarənin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, sosial şəbəkələrdə yayılan videogörüntülər araşdırılır:

“Videgörüntülərdə əks olunan hadisədən məlumatlıyıq. Müvafiq rayon Polis İdarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

 

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycanlı qadın Kiprdə soyuldu - Sevgilisi qızıl dolu çantanı götürüb yoxa çıxdı

Ç Noy 13 , 2019
Qazimağusa şəhərində yaşayan Azərbaycan əsilli Səbinə Qasımova oktyabrın 15-də polisə müraciət edərək, 2019-cu ilin iyun ayında evindən qızıl əşyalarının oğurlandığını bildirib. Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Azərbaycan əsilli Ərman Şah olduğu müəyyən olunub və o, noyabrın 11-də polis tərəfindən tutulub. S.Qasımova və Ə.Şah əvvəldən tanış olub və onu öz evinə gətirib. Səbinə […]