Bir ailənin dörd üzvü müəmmalı şəkildə öldü – VİDEO

Türkiyənin Fatih bölgəsində bir evdən dörd nəfərin meyiti tapılıb.

Qohumları ilə əlaqə qura biməyən şəxs polisə müraciət edib. Polis əməkdaşları gecə hadisə yerinə gəlib.

Onlar üzərində “Diqqət! Sionid (zəhərli maddə) var, polisə məlumat verin, içəri girməyin!” yazısı olan qapını qıraraq evə daxil olublar.

Evə daxil olan polislər yerdə dörd cəsədin olduğunu görüblər. Onların iki bacı, iki qardaş olduğu müəyyən olub.

Qonşular onların dördünün də bir bir evdə yaşadığını və maddi sıxıntıları olduqlarını deyiblər.

İddiaya görə, ailə üzvləri intihar edib. Cəsədlər araşdırma üçün məhkəmə-tibbi ekspertizasına təhvil verilib.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bakı-Tbilisi-Qars dəmir yolu getdikcə daha strateji xarakter kəsb edir

Ç Noy 6 , 2019
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu getdikcə daha strateji xarakter kəsb edir. Bu barədə özəl olaraq Trend-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildiriblər. Nazirlikdən qeyd ediblər ki, Bakı-Tbilisi-Qars dəmir yolu Marmara tuneli vasitəsilə Asiya və Avropanı birləşdirir ki, bunu bariz nümunəsi də bu gün Çindən gələn, BTQ vasitəsilə Avropaya hərəkət edən “China […]