Bu qərar ölkəmizə olan inamın nəticəsidir

Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsi haqqında qərar ölkəmizə olan inamın nəticəsidir

“Bir neçə gün bundan əvvəl Vaşinqtonda keçirilmiş Beynəlxalq Astronavtika Konqresində növbəti Konqresin Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu, çox böyük hadisədir, bizim böyük qələbəmizdir və bu münasibətlə sizi təbrik etmək istəyirəm. Bilirəm ki, “Azərkosmos” və digər dövlət qurumları bu Konqresin Azərbaycanda keçirilməsi üçün böyük səylər göstərmişlər”.

APA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevi ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması ilə əlaqədar qəbul edərkən deyib.

Azərbaycan Prezidenti bildirib ki, bu Konqres yeni, müasir texnologiyalar sahəsində dünya miqyasında ən mötəbər beynəlxalq tədbirdir: “Bu tədbirin əhəmiyyətini sübut edən məqamlardan biri də odur ki, Konqresin işində Amerikanın vitse-prezidenti cənab Pens iştirak etmişdir. Növbəti Konqresin Azərbaycanda keçirilməsi haqqında qərarın dəstəklənməsi əlbəttə ki, ölkəmizin siyasi nüfuzunun təzahürüdür, Azərbaycana olan inamın nəticəsidir”.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Naxçıvanda ilk Tunc dövrünə aid yaşayış məskənləri tədqiq edilib

Ç Okt 30 , 2019
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlinin rəhbərlik etdiyi Xarabagilan arxeoloji ekspedisiyası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində yerləşən Plovdağın ətəklərində aparılan qazıntılar zamanı ərazidə aşkar edilmiş ilk, orta və son tunc dövrlərinə aid məskənləri tədqiq edib. İnstitutdan bildiriblər ki, cari […]