Hazırda dərsliklər üçün fərqli istifadə müddətinin tətbiqi üzərində iş aparılır. Asmedia.org Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib. Nazir əlavə edib ki, hazırda məktəbdə dərsliklərin istifadəsi 4 il üçün nəzərdə tutulur. Şagird sayının dəyişməsi ilə bağlı əlavə nəşrlər […]

Bakı Şəhəri üzrə Təhsil İdarəsi cari tədris ili üçün qarşıya qoyulan prioritet istiqamətləri açıqlayıb. Asmedia.org Trend-ə istinadən xəbər verir ki, “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfransda çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib ki, 2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs […]

Təhsil naziri Ceyhun Bayramov məktəb direktoruna şiddətli töhmət verib. Asmedia.org xəbər verir ki, oktyabrın 11-də Cəlilabad rayonu V.Mürsəlov adına Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin iki müəllimi bu təhsil müəssisəsində baş verən qanunsuzluqlarla əlaqədar müraciət edib. Müəllimlər Təhsil Nazirliyinin əməkdaşı tərəfindən qəbul edilib və onlara həmin məktəblə bağlı qəbul […]

Təhsil naziri Ceyhun Bayramovun 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib. Təbrikdə deyilir: “Əziz müəllimlər! Müəllim elə bir addır ki, hər zaman böyük hörmət və yüksək ehtiramla çəkilir. Müəllim əməyi bilikli, müasir dünyagörüşlü, nümunəvi əxlaqa sahib cəmiyyətin yetişməsinə xidmət edir. Gündəlik həyatımızda hər bir uğurun, inkişafın təməlində […]

2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə III tur başa çatıb. Nazirlikdən verilən məlumata görə, namizədlər 29 sentyabr saat 23:59-dək miq.edu.az saytına daxil olaraq bu turda iştirak edib. Prosesə builki müsabiqədə vakant yer tutmayan, 2018-ci və ya 2019-cu il üzrə […]

Sabah 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti tura start verilir. Nazirlikdən verilən məlumata görə, namizədlər 29 sentyabr saat 23:59-dək miq.edu.az saytına daxil olaraq bu turda iştirak edə bilərlər. Prosesdə builki müsabiqədə vakant yer tutmayan, 2018-ci və ya 2019-cu il üzrə […]

2019-2020-ci tədris ili üzrə müddətsiz müqavilə əsasında 3260 müəllim işə qəbul olunub. Təhsil Nazirliyindən verilən məlumata görə, onlardan 973 nəfər həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə, 2287 nəfər isə həvəsləndirmə tədbirləri tətbiq edilən məktəblərə işə qəbul olunub. İndiyədək 3615 nəfər müddətli müqavilə əsasında müəllim adını qazanıb. Hazırda müddətli müqavilə […]

Hörmətli izləyicilərimiz, sizə bölgələrimizin gözəl güşələrindən olan Göygöl rayonunun Topalhəsənli E.Bayramov adına tam orta məktəbindən danışacam.Məktəbin direktoru Yeganə müəllimənin rəhbərliyi və təşkılatçılığı sayəsində dərs ilinin ilk günü münasibəti ilə çox yüksək səviyyədə tədbir keçrilmişdi.Artıq bu gün dərs ilinin ilk günüdür,yenədə Yeganə müəllimə öz iş fəaliyyətini yüksək səviyyədə yerinə yetirərək rəhbərlik […]

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində 2019-2020-ci tədris ili üçün I sinfə şagird qəbulunun III mərhələsinə start verilib. İdarədən verilən məlumata görə, birinci sinfə şagird qəbulunun vaxtının uzadılması hər bir uşağın təhsilə cəlb olunması və dövlətin yaratdığı təhsil imkanlarından bərabər istifadənin təmin edilməsi məqsədlərinə xidmət edir. […]

2019-2020-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 525 016 şagird təhsil alacaq. Təhsil Nazirliyindən verilən məlumata görə, şagirdlərdən 714 259-u qız, 810 757-si isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 164 234, IX sinfində 122 043, XI sinfində isə 82 782 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Hazırda respublikada 322 ibtidai məktəb, […]