Bakının Səbail rayonunda ümumi sahəsi 360 m² olan ikimərtəbəli tikilinin (dülgər sexi və mağaza kimi fəaliyyət göstərir) birinci mərtəbəsində yerləşən sexin içərisində taxta materiallar və mebel hissələri 20 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Bakının Xətai rayonunda isə ümumi sahəsi 100 […]

Xızıda axtarışda olan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və […]

Göygöl rayonunda fərdi yaşayış evində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, rayonun Yeni Zod kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli üç otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı bir nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Bakıda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. Belə ki, martın 31-i saat 17 radələrində Qaradağ rayonunun Güzdək qəsəbəsi ərazisində Korgöz qəsəbə sakini A.Həsənov idarə etdiyi “Lada Priora” markalı avtomobili aşırıb. Nəticədə, avtomobildəki sərnişinlər – qəsəbə sakinləri Anar Əlişanov və qardaşı Asif […]

Şəki şəhərində “Ford” və “KamAZ” markalı iki yük maşını toqquşub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan “Ford” markalı maşından çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu Türkəncil kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı məlumat daxil olub. Baş verənlər qurumun əməkdaşları tərəfindən yerində araşdırılıb. Nazirlikdən verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı 3 qızılağacın kəsildiyi və təbiətə 6400 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Araşdırma zamanı ağacların Lənkəran rayonu, Türkəncil kənd […]

Xaçmaz rayonunda avtomobil yanıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi xəbər yayıb. Bildirilib ki, hadisə Niyazoba kəndində qeydə alınıb. Hadisə zamanı “VAZ” markalı minik maşınının salonu yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı sex yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Gömrükçülərin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində ölkəyə qanunsuz yollarla gətirilən, təxmini dəyəri 6 milyon manat olan tütün məmulatlarının realizə edilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, qurumun Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən və Azərbaycan vətəndaşı Tahirov İlkin Əlifağa […]

Ehtiyatsızlıqdan yanğın törədən şəxs saxlanılıb. DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Unikal.org-a verilən məlumata görə, mart ayının 26-da Quba Rayon Polis Şöbəsinə rayonun Rustov kəndi yaxınlığında yerləşən ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Daxil olan məlumatla əlaqədar polis əməkdaşları hadisənin baş verdiyi əraziyə yollanıblar və yanğının qarşısının […]

Bərdə rayonunda xuliqanlıq edən silahlı şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlıq edən silahlı şəxslər saxlanılıb. Martın 25-də Bərdə rayon sakinləri – əvvəllər məhkum olunmuş Fərid Aslanov, […]