Olimpiya çempionu Zemfira Meftahətdinova koronavirusdan qorunmaq üçün Azərbaycan vətəndaşlarını evdə qalmağa səsləyib. Z.Meftahətdinova Trend-ə müsahibəsində hamını bu bəladan xilas olmaq üçün xüsusi karantin qaydalarına riayət etməyi vacib bilib: “Əziz xalqımız, vətəndaşlarımız. Hamımız koronavirusla bağlı dünyada nələr baş verdiyini bilirik, prosesləri izləyirik. Azərbaycan dövləti vətəndaşların təhlükəsizliyi üçün çoxlu tədbirlər görüb. Bu tədbirlərə […]

“Ayaks”ın sabiq futbolçusu Abdelhak Nuri iki il səkkiz aydan sonra komadan çıxa bilib. “talkSPORT” xəbər verir ki, 22 yaşlı gənc hal-hazırda oturur və yemək yeyə bilir. Qeyd edək ki, futbolçu 2017-ci ilin iyulun səkkizində “Verder”lə oyunda komaya düşüb. Oyun zamanı A.Nuridə aritmiya başlayıb və o huşunu itirib. Komaya düşən futbolçu […]

“Yuventus” futbol komandasının və Portuqaliya yığmasının ulduz oyunçusu Kriştianu Ronaldu klubunu dəyişmək barədə düşünür. Bu barədə “DiarioGol” nəşri xəbər yayıb. Bildirilir ki, futbolçu Fransanın “Pari Sen-Jermen” və İngiltərənin “Mançester Yunayted” klublarının təkliflərini dəyərləndirir. Qeyd edək ki, Ronaldu 2018-ci ildən “Yuventus”un heyətində çıxış edir.

Beynəlxalq Olimpiya Komitəsi (IOC) Tokio-2020 Yay Olimpiya Oyunlarının koronavirusla bağlı vəziyyət fonunda planlaşdırılmış müddətdə keçirilmə imkanlarına dair qərarını yaxın 4 həftə ərzində açıqlayacaq. “Report”un məlumatına görə, bu barədə IOC prezidenti Tomas Baxın olimpiyaçı-idmançılara ünvanladığı məktubda bildirilir. Almaniyalı funksioner Oyunların ləğvi variantını nəzərdən keçirməyəcəklərini vurğulayıb: “Tokio olimpiadasının tarixi ilə bağlı yekun […]

İsveçrədə koronavirus pandemiyasına görə idman yarışları təxirə salındığı üçün futbol klublarında da iş dayanıb. “Sion” klubunda bu qərar rəhbərliklə futbolçular arasında problemə çevrilib. Sports.ru-nun məlumatına görə, klub prezidenti oyunçuların maaşlarını azaltmaq fikrinə düşüb. Oyunçular isə bu qərarla razılaşmayıblar. Nəticədə klub rəhbəri çıxış yolu olaraq bütün futbolçuların müqaviləsini ləğv edib.

Sabiq MMA döyüşçüsü Sedrik Marks bir kişini və iki qadını öldürməkdə şübhəli bilinir. “Associated Press” xəbər verir ki, Marks 2009-cu ildə uşağının anasını öldürməkdə ittiham edilir. Bundan əlavə, sabiq döyüşçünün ötən il rəfiqəsini və naməlum bir kişini qətlə yetirdiyi ehtimal edilir. Qeyd edək ki, S.Marks 1999-2018-ci illərdə peşəkar rinqdə çıxış edib. […]

İspaniyanın “Espanyol” klubunun 6 futbolçusu koronavirusa yoluxub. “Report” xəbər verir ki, Kataloniya təmsilçisinin rəsmi saytı oyunçuların adlarını açıqlamayıb. Futbolçularla yanaşı, texniki heyət üzvlərinin də testlərinin müsbət nəticələndiyi bildirilib. Qeyd edək ki, La Liqa rəhbərliyi çempionat oyunlarını aprelin əvvəlinə kimi təxirə salıb. UEFA AVRO-2020-nin 2021-ci ildə keçiriləcəyi ilə bağlı qərar verib.

Dünyaca məşhur ukraynalı qadın cüdoçu Darya Bilodid Yunanıstanda yataqda çəkdirdiyi şəkillərini paylaşıb. “Woman Hit” xəbər verir ki, idmançının çəhrayı pijamadakı şəkilləri görənləri valeh edib. Ağır idman növü ilə məşğul olmasına baxmayaraq, Darya modellərə xas olan gözəlliyin sahibidir. Qeyd etmək lazımdır ki, 2019-cu ildə D.Bilodid Ukraynanın ən güclü idmançıları siyahısında yer […]

Fransada peşəkar klubun futbolçuları arasında koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb. “L’Equipe” xəbər saytının məlumatına əsasən, “Trua” klubunun oyunçusu Xen Çjun Sukun COVID-19 testi müsbət nəticə verib. Cənubi Koreyadan olan futbolçu ilə yanaşı, “Trua”nın digər oyunçusunun da virusa yoluxduğu bildirilir. Adı çəkilməyən futbolçunun gənclər komandasının tərkibində oynadığı qeyd edilir. Hər iki idmançının […]

“Çelsi” bəyan edib ki müdafiəçisi Kolum Hadson-Odoyun koronavirusla bağlı təhlilləri müsbət çıxıb. Sports.ru xəbər verir ki, 19 yaşlı futbolçu ilə təmasda olan hər kəs təcrid olunacaq. Bu, klubun bütün oyunçularına və məşqçilərinə aiddir. Məlumata əsasən, koronavirusa yoluxan futbolçu özünü yaxşı hiss edir.