Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi daha bir uğurlu əməliyyat tədbiri nəticəsində 2 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq, qanunsuz dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayonun Şahağacı […]

İsmayıllı rayonu Tubikənd kəndinin ərazisində yandırılmış və vəhşi heyvanlar tərəfindən sümüyünə qədər gəmirilmiş kişi cəsədi tapılıb. Bu barədə Oxu.Az-a rayonun hüquq-mühafizə orqanlarından məlumat verilib. Martın 28-də yerli sakinlərdən biri kənd yolunun yaxınlığında yerləşən meşə zolağında insan cəsədi aşkar edib. Ehtimal olunur ki, şəxsiyyəti hələlik məlum olmayan 30-40 yaşlarında olan kişi […]

Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 kiloqrama yaxın narkotik vasitə, əlavə olaraq psixotrop maddə və narkotik tərkibli həblər aşkarlanaraq, qanunsuz dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində […]

Gəncədə adam bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb. Bildirilib ki, martın 31-də saat 17 radələrində Gəncə şəhər sakini 18 yaşlı Anar Əliyev qarnının və ürəyinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilib. Bununla bağlı Gəncə şəhər Kəpəz Rayon Polis idarəsinə daxil olan […]

Qubada oğurluq edən şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan məlumat verilib. Quba Rayon Polis Şöbəsinin (RPŞ) Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən “isti izlərlə” keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qaraçay kəndi ərazisində yerləşən evlərin birindən içərisində pul və qızıl-zinət əşyaları olan seyf oğurlayan iki […]

Xəbər verdiyimiz kimi, martın 26-da Bakıda dəhşətli qətl hadisəsi baş verib. Belə ki, Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayan Laləzər Kərimlinin evində öldürülməsi barədə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata […]

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb. Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Savalanov Nicat Vilayət oğlu 2 saylı İstintaq təcridxanasına qəbul edilərkən üzərinə və şəxsi əşyalarına […]

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Lənkəran rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Liman şəhər sakinləri, əvvəllər məhkum olunmuş şəxslər – B.Ağayev və S.Səfərov 1,5 kiloqram tiryəki, 890 qram həşişi və 700 qrama yaxın heroini satarkən saxlanılıblar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən […]

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş rayonun Qullar kənd sakini, […]

Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib. Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən Balakən şəhəri ərazisində hərəkətdə olan “Opel” markalı avtomobil saxlanılan zaman sürücü […]