İnsanlar koronavirusla bağlı real təhlükəni dərk etməlidirlər və başa düşməlidirlər ki, hər bir məsuliyyətsiz davranış öz həyatının və ətrafının riskə atılması deməkdir. Bunu Trend-ə Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın üzvü, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev deyib. Onun sözlərinə görə, xəstəlikdən qorunmaq […]

İcbari tibbi sığortanın tətbiqi və icbari tibbi sığorta haqqının toplanılması 2021-ci ildə həyata keçiriləcək. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Milli Məclisin 30 mart 2020-ci il tarixində keçirilən plenar iclasında “Tibbi sığorta haqqında” qanunun 4 maddəsinə dəyişikliklər qəbul edilib. Birinci dəyişikliyə əsasən, icbari tibbi sığorta ölkənin […]

İcbari tibbi sığortanın tətbiqi və icbari tibbi sığorta haqqının toplanılması 2021-ci ildə həyata keçiriləcək. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Milli Məclisin 30 mart 2020-ci il tarixində keçirilən plenar iclasında “Tibbi sığorta haqqında” qanunun 4 maddəsinə dəyişikliklər qəbul edilib. Birinci dəyişikliyə əsasən, icbari tibbi sığorta ölkənin inzibati […]

Alov Qüllələrində Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” Fikri, “Azərbaycan həkimlərinə eşq olsun!” və “Evdə qal Azərbaycan!” sloqanları əks olunub. Prezident bu gün “Yeni klinika”nın açılışındakı çıxışında həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçiriləcəyini və ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan “Alov qüllələri”ndə də həkimlərə münasibətin əks olunacağını bildirmişdi.

ABŞ-ın Skripps İnstitutunu təmsil edən bir qrup mütəxəssisin apardığı araşdırmalar nəticəsində koronavirusun təbii təkamül nəticəsində yarandığı müəyyən edilib. Bu araşdırmaların nəticəsi “Nature Medicine” jurnalında dərc olunub. Alimlər SARS-CoV-2 koronavirusunun genomlarını digər koronavirusların genomları ilə müqayisə ediblər. Bununla birgə, SARS-CoV-2 koronavirusu bəşəriyyətə məlum olan başqa koronaviruslardan çox fərqlənir. Mütəxəssislərin fikrincə ya koronavirus […]

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Fərmanda […]

Son zamanlar koronavirus xəstəliyi (COVID-19) haqqında yayılan hər bir məlumat gərginliyi daha da artırır. Lakin təmkinli olmaq və qaydalara riayət etmək lazımdır. Mövcud vəziyyətdən narahat olan uşaqlar varsa, onlara bu vəziyyəti uyğun şəkildə izah etmək gərəkdir. Uşaqlar narahatlıq, stres və kədər hisslərinə xüsusilə həssas olduqlarına görə, internetdə və ya televizorda gördükləri, […]

Azərbaycan Respublikasında koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmiş dörd nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. Hazırda Azərbaycanda 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Koronavirus infeksiyasının qlobal pandemiya […]

Azərbaycan Respublikasında iki yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə Oxu.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabildir. Qeyd edək ki, hazırda Azərbaycanda 18 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, […]

Yeni tip koronavirusu müalicə edəcək bir dərman hələ ki, yoxdur. Lakin firmalar xəstəliyə çarə tapmaq üçün bir-biri ilə sanki yarışa girib. Dərman şirkətləri, xüsusilə, Ebola, HİV kimi ölümcül xəstəliklərdə istifadə edilən peyvəndlərə ümid edir. Onları koronavirusa qarşı təkmilləşdirir. Ümidverici açıqlama Çinin Təhsil və Texnologiya nazirinin köməkçisi Şu Nanpinqdən ümidverici açıqlama […]