Dələ qadından yaralı balasını xilas etməsini istədi

ABŞ-ın Virciniya ştatında dələ qadını yaralı balasının yanına aparıb.

Bu barədə “Lenta.ru” yazıb.

ABŞ vətəndaşı Tia Pauellin dediyinə görə, sentyabrın 20-də Pulaski şəhərində Kivanis parkı yaxınlığında dələ ona tərəf qaçaraq, ayağından çəkməyə başlayıb. Heyvanın ardınca gedən qadın pəncəsi zədələnmiş kiçik dələ tapır.

Pauell yaxınlıqda hər an dələyə hücum edə biləcək pişiyin gizləndiyini görüb. Bundan sonra qadın rəfiqəsinə və polisə zəng edib. Hadisə yerinə gələn polis dələnin pəncəsini sarıyaraq heyvanların ağaca çıxmasına kömək edib.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İcazəsiz ova cəhd edənlər saxlanıldı

Ça Okt 1 , 2019
Qusarda icazəsiz ov edənlər saxlanılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən rayonun Ləyərqışlaq kəndi ərazisində icazəsiz ova cəhd edən şəxslər saxlanılıb. Onlardan beş ov tüfəngi və 32 patron götürülüb. Araşdırma zamanı brakonyerlərin Qusar rayon sakinləri Rəşad Əlirzayev, Marif Fətiyev, […]