“Dərsliklər üçün fərqli istifadə müddətinin tətbiqi üzərində iş aparılır” – Nazir

Hazırda dərsliklər üçün fərqli istifadə müddətinin tətbiqi üzərində iş aparılır.

Asmedia.org Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Nazir əlavə edib ki, hazırda məktəbdə dərsliklərin istifadəsi 4 il üçün nəzərdə tutulur. Şagird sayının dəyişməsi ilə bağlı əlavə nəşrlər də çap edilir. Hazırda dərsliklər üçün fərqli istifadə istifadə müddətinin tətbiqi üzərində iş aparılır: “Biz bunu çox yaxın zamanlarda aidiyyəti dövlət qurumları ilə razılaşdıracağıq . Hesab edirik ki, bəzi dərsliklərin, xüsusilə ibtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur. Elə dərsliklər var ki, onlar daha az, elə dərsliklər var ki, çox istifadə olunur. Sinif səviyyəsi və dərs yükü nəzərə alınmaqla müxtəlif müddət üçün istifadə müddəti olan dərsliklərin çapı barədə düşünürük. Hesab edirəm ki, bu, dərsliklərin daha yaxşı qalmasına xidmət edəcək”.
Onun sözlərinə görə, ibtidai sinif şagirdləri üçün ehtiyat dərslik formatında bir sıra yeni dərsliklər hazırlanaraq məktəblərə paylanılıb. Bu dərsliklər 150 məktəbdə sınaqdan keçirilir. Onlar özünü doğruldacağı təqdirdə daha geniş şəkildə tətbiq ediləcək.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

17 oktyabr Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Ca Okt 17 , 2019
BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq Yoxsulluqla Mübarizə Günü ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib. AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, təşkilatın rəhbəri qeyd edib: “Uşaqlar arasında səfalətin səbəbi məhz onların ailələrinin yoxsul olmasıdır. Biz bununla mübarizə aparmalıyıq. Prioritet vəzifələrdən biri keyfiyyətli sosial xidmətlərin hamı üçün əlçatan olmasıdır”. Beynəlxalq Yoxsulluqla Mübarizə […]