Deputatların koronavirusa görə testlərinin nəticələri açıqlandı

Milli Məclisin deputatlarının koronavirusa görə tibbi müayinədən keçməsinin nəticələri açıqanıb.

Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Trend-ə bildirib ki, tibbi müayinə nəticəsində deputatların heç birində koronavirus aşkarlanmayıb.

Deputatlar Milli Məclisin martın 30-da keçiriləcək plenar iclasından öncə koronavirusa görə müayinədən keçib.

Qeyd edək ki, Milli Məclis Sədrinin təşəbbüsü ilə ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı görülən sistemli tədbirlərin tərkib hissəsi kimi Parlamentdə bu sahədə məqsədyönlü işlər aparılır.

30 mart 2020-ci ildə keçiriləcək növbəti plenar iclası zamanı deputatların iclas zalında lazımi məsafəyə riayət etməklə bir-birindən ən azı iki metr aralıda əyləşməsi məsələsi öz həllini tapıb.

Bununla yanaşı, Milli Məclis deputatlarının, Aparat və İşlər İdarəsinin məsul əməkdaşlarının müvafiq qaydada koronavirus ilə bağlı tibbi yoxlamadan keçirilməsi təmin edilib, parlamentin avtomobil vasitələrinin mütəmadi dezinfeksiyası təşkil olunub.

asmedia org

Bir cavab yazın

Next Post

KOBİA-nın dəstəyi ilə onlayn supermarket yaradıldı

Şb Mar 28 , 2020
Koronavirus (COVID-19) pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tətbiqi və əhalinin sosial təcrid olunması, eləcə də infeksiya səbəbindən ev şəraitində qalmağa üstünlük verən vətəndaşlar qida və ərzaq məhsullarına olan tələbatlarını evdən çıxmadan onlayn sifariş verə bilərlər. Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə onlayn supermarket (“BakuMart […]