Düşmən bölmələrimizi iriçaplı pulemyotlardan ATƏŞƏ TUTDU

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

asmedia org

Bir cavab yazın

Next Post

Karantin vaxtı texniki baxış müddəti başa çatan avtomobillər cərimələnməyəcək

C Apr 3 , 2020
Azərbaycanda koronavirusla bağlı elan olunmuş xüsusi karantin rejimi müddətində texniki baxış vaxtı başa çatan nəqliyyat vasitələri cərimə edilməyəcək. Bu barədə Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, həmin nəqliyyat vasitələrinin texniki baxış müddəti uzadılıb: “Əgər kimsə gedə bilirsə, […]