Ermənilər Qazaxda kəndləri atəşə tutdu

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, aprelin 1-də saat 12:25-dən başlamaqla Qazax rayonunun Məzəm və Quşçu Ayrım kəndləri, kənd yaxınlığındakı sərhəd-döyüş məntəqələrimiz, həmin istiqamətində avtomobil yolu ilə hərəkət edən hərbi və mülki nəqliyyat vasitələri, həmçinin təsərrüfat işləri ilə məşğul olan vətəndaşlar Ermənistanın İcevan rayonunun Kirans kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub, hərəkətdə olan nəqliyyat vasitələrinə ziyan vurulub.

Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

asmedia org

Bir cavab yazın

Next Post

Möhlət Müslümov: Yaşından və statusundan asılı olmayaraq hər kəs xüsusi karantin rejiminə riayət etməlidir

Ç Apr 1 , 2020
Bu xəstəlik tək Azərbaycanda deyil, bütün dünyada problemlər yaradıb və bunun ən başlıca həll yolu evdə oturub, virusa yoluxmamaqdır. Bunu Trend-ə açıqlamasında Xalq artisti Möhlət Müslümov deyib. Onun sözlərinə görə, yaşından və statusundan asılı olmayaraq hər kəs xüsusi karantin rejiminə riayət etməlidir: “Yaşlı nəsil bilər ki, o vaxt Böyük Vətən […]