Gəncədə “Mazda” aşdı: bir ölü, üç yaralı+ FOTO

Gəncə-Qazax magistral avtomobil yolunun keçən hissəsində, “aeroport yolu” deyilən ərazidə qeydə alınan hadisə zamanı Rusiya dövlət nömrə nişanlı “Mazda” markalı avtomobil yoldan çıxaraq hasara dəyib və aşıb.

Məlumata görə, qəza nəticəsində avtomobildə olan 1991-ci il təvəllüdlü Qurbanov Sənan Səyyad oğlu hadisə yerində ölüb. 1993-cü il təvəllüdlü Əliyev Fərid Rasim oğlu və daha iki nəfər ağır xəsarət alıb.

Onlar Gəncə şəhərindəki xəstəxanalara yerləşdiriliblər.

İlkin məlumata görə qəzaya səbəb avtomobilin yüksək sürətlə idarə olunması olub.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Oxu.Az

asmedia org

Bir cavab yazın

Next Post

Nazirlik bələdiyyə sədrini cərimələyib

C Noy 15 , 2019
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Ağstafa rayonu, Dağ Kəsəmən kəndi ərazisində tullantıların qalaqlanması və antisanitar vəziyyətin yaranması ilə bağlı daxil olan şikayət nazirliyin regional idarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, əraziyə keçirilən baxış zamanı məişət tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, qeyri-mütəşəkkil […]