Günün trendi: “Qarabağ Azərbaycandır və nida işarəsi” – VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə”  sayıqlamasına Azərbaycan Prezidenti cənab İlham Əliyevdən gələn sillə kimi cavab bu gün insanlar arasında da böyük hörmətlə qarşılanıb.

Sosial şəbəkələrdə prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” cavabı istifadəçilər tərəfindən paylaşılır.

Politoloqlar da ölkə başçımızın “Valday” Beynəlxalq Diskussiya Klubunun  plenar sessiyasında iştirakını önəmli hesab edirlər.

Rusiya Azərbaycanın strateji müttəfiqidir. “Yol xəritələri”nin reallaşdırılması isə Rusiya və Azərbaycan arasında sıx əməkdaşlığa və qarşılıqlı fəaliyyətə gətirib çıxaracaq.

Politoloqlar Prezident İlham Əliyevin Soçi səfərini Qarabağın işğaldan azad edilməsi üçün müsbət addım kimi qiymətləndirirlər.

TEHRAN ORUCOĞLU Vasif Miradəmoğlu Baku tv

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Təhsil naziri müəllimləri təbrik etdi

Şb Okt 5 , 2019
Təhsil naziri Ceyhun Bayramovun 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib. Təbrikdə deyilir: “Əziz müəllimlər! Müəllim elə bir addır ki, hər zaman böyük hörmət və yüksək ehtiramla çəkilir. Müəllim əməyi bilikli, müasir dünyagörüşlü, nümunəvi əxlaqa sahib cəmiyyətin yetişməsinə xidmət edir. Gündəlik həyatımızda hər bir uğurun, inkişafın təməlində […]