Hava şarı qəzaya uğradı: Ana və oğlu öldü – VİDEO

Çinin Şandun əyalətindəki parkda ana və övladı faciəvi şəkildə ölüblər.

Hadisə yerindən kadrlar “Daily Mirror” qəzeti tərəfindən yayımlanıb.

Oktyabrın 1-də 31 yaşlı çinli qadın üç yaşlı oğlu ilə hava şarında gəzmək qərarına gəlib. Şar 50 metr hündürlüyə qalxdıqdan sonra qəzaya uğrayıb.

Kadrlardan cütlüyün əvvəlcə şarda necə oturduğu, kameralara əl elədiyi görünür. Elə bu vaxt qəfildən şar sürətlə yuxarı qalxır və gözdən itir. Səlahiyyətlilər şarın partladığı və ana-oğulun öldüyünü bildiriblər.

Polis uçuşun təşkili ilə məşğul olan beş nəfəri həbs edib. Sahəvi parkı müvəqqəti bağlayıblar, faktla bağlı araşdırma aparılır. Anonim mənbələrə görə, polis şarların qanunsuz fəaliyyət göstərdiyini aşkar edib.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

TANAP 1000 layihə reallaşdırıb

Ça Okt 8 , 2019
“TANAP marşrutu üzərindəki şəhər, qəsəbə və kəndlərdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi və təbii ehtiyatların qorunması məqsədilə 1000 layihə dəstəklənib”. Bunu Türkiyənin İstanbul şəhərində keçirdiyi mətbuat konfransında TANAP-ın baş direktoru Saltuk Düzyol deyib. O, bildirib ki, bunun üçün üç müxtəlif maliyyə mexanizmi tətbiq edilib: “Birbaşa qrant, birbaşa və proqram töhfə vəsaitləri ilə […]