İcazəsiz ova cəhd edənlər saxlanıldı

Qusarda icazəsiz ov edənlər saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən rayonun Ləyərqışlaq kəndi ərazisində icazəsiz ova cəhd edən şəxslər saxlanılıb. Onlardan beş ov tüfəngi və 32 patron götürülüb.

Araşdırma zamanı brakonyerlərin Qusar rayon sakinləri Rəşad Əlirzayev, Marif Fətiyev, Alim Yüzbəyov, Rasim Əlimuradov və Xaçmaz rayon sakini Xalid Binəliyev olduğu məlum olub.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib olunub və hər biri 1000 manat məbləğində cərimə edilib.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İcbari tibbi sığorta sistemi ölkə üzrə tətbiq ediləcək

Ça Okt 1 , 2019
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə səhiyyəsində aparılan islahatlar çərçivəsində gələn ildən icbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiq edilməsi əhalinin tibbi xidmətlərə əlçatanlığını artıracaq və səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaldacaq. Bunu Medicina.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib. Onun sözlərinə görə, […]