İcbari tibbi sığorta sistemi ölkə üzrə tətbiq ediləcək

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə səhiyyəsində aparılan islahatlar çərçivəsində gələn ildən icbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiq edilməsi əhalinin tibbi xidmətlərə əlçatanlığını artıracaq və səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaldacaq.
Bunu Medicina.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, sistemin tətbiqi ilə bağlı həyata keçirilən pilot layihə dövründə görülən işlər, qazanılan müsbət nəticə və təcrübə Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.
V.Qurbanov bildirib ki, pilot layihənin həyata keçirildiyi müddətdə yeni maliyyələşmə mexanizminin əsası qoyulub, tibb işçilərinin əməkhaqları artırılıb və beynəlxalq təcrübədə geniş vüsət almış adambaşına ödəniş metodu tətbiq edilib. Tibb işçilərinin fəaliyyətlərinin qiymətləndirilməsində tətbiq edilən yeni yanaşma nəticəsində pilot ərazilərdə əməkhaqqı fondu 2016-cı il ilə müqayisədə 2018-ci ildə ümumilikdə 1.8 dəfə artıb.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Leyla Əliyeva "Açılan divar" layihəsinin təqdimatında - Fotolar

Ça Okt 1 , 2019
Sentyabrın 30-da Nəsimi festivalı çərçivəsində Qala qəsəbəsində “Açılan divar” ictimai incəsənət layihəsinin təqdimatı olub. Asmedia.org xəbər verir ki, layihənin təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər. Ötən ildən həyata keçirilən layihədə yeddi əcnəbi və iki yerli qrafiti rəssamı iştirak edərək köhnə sənaye anbarı üzərində […]