İcbari tibbi sığortadan istifadə etmək istəyənlər bu yerlərə müraciət edəcəklər – Agentlik

İcbari tibbi sığorta sistemi ölkə üzrə tətbiq edildikdən sonra vətəndaşlar icbari tibbi sığorta paketindən istifadə etmək üçün əvvəlcə ərazi üzrə icbari tibbi sığorta sistemində çalışan tibb müəssisələrinə müraciət edəcəklər.

Asmedia.org xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Agentlikdən bildirilib ki, həmin xəstəxanada vətəndaşın lazımi müayinə və müalicəsi mümkün olmadıqda o, göstərişlə Agentliklə müqaviləsi olan özəl xəstəxanalara da yönləndirilə bilər. Xidmətlər zərfinin əlavə hissəsi üzrə icbari tibbi sığorta haqqı müəyyən edilib.
Agentlikdən əlavə edilib ki, əmək və ya mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda əhalinin bəzi qrupları üçün sığortahaqları dövlət büdcəsi hesabına ödəniləcək. Həmin şəxslər 18 yaşınadək şəxslər 23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslər, pensiyaçılar, sosial müavinət almaq hüququna malik olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonrakı 42 gün müddətində qadınlar, Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar olacaq. Bu güzəştlər yalnız Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur.
Qeyd edək ki, 2020-ci il yanvarın 1-dən icbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqi nəzərdə tutulur.Medicina.Az

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Mehriban Əliyeva müəllimləri təbrik etdi - FOTO

Şb Okt 5 , 2019
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib. Birinci vitse-prezidentin təbrikində deyilir: “Əziz müəllimlərimiz, Sizi Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edirəm. Müəllimlik olduqca hörmətli peşədir. Gənc nəslin yetişməsi məhz sizdən, sizin yüksək peşəkarlığınızdan asılıdır. Əlbəttə, hər kəs öz məktəb və tələbəlik […]