İlham Əliyev Prezident Administrasiyasına rəhbər təyin etdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Samir Rafiq oğlu Nuriyevin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə S.Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib.

Qeyd edək ki, Ramiz Mehdiyev oktyabrın 23-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad olunub.

Samir Nuriyev buna qədər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri olub.

2015-ci ildən Azərbaycan Memarlar İttifaqının fəxri üzvüdür.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Kənd təsərrüfatına, fermerlərə dövlət tərəfindən hərtərəfli qayğı və dəstək göstərilir

C Noy 1 , 2019
Aqrar sahə bu il də ötən ildə olduğu kimi inkişaf edir, fermerlərimiz bütün sahələrdə – taxılçılıq, pambıqçılıq, tütünçülük və digər sahələrdə uğurlu nəticələr qazanıblar. Hesab edirəm ki, dövlətimizin bu sahəyə göstərdiyi qayğı və Prezidentimizin tapşırıqları nəticəsində fermerlərimiz tərəfindən gələn il aqrar sektorda daha böyük uğurlar əldə olunacaq. Bu sözləri Kənd […]