İlham Əliyev Xalq artistini təltif etdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Yalçın Vasif oğlu Adıgözəlovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Yalçın Vasif oğlu Adıgözəlov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Y.Adıgözəlov dirijor, Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professoru, Azərbaycan Respublikasının Xalq artistidir.

Noyabrın 4-də Y.Adıgözəlovun 60 yaşı tamam olur.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycanlı hakim Latviya məhkəmə sistemində islahatlar aparır - FOTO

Be Noy 4 , 2019
2019-cu ilin noyabr ayının 1-də Siqulda şəhərində Latviya hakimlərinin Konqresi keçirildi. Latviya dövlətinin Prezidenti cənab Eqils Levits açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamladı və hakimlərə öz tövsiyələrini verdi. Qeyd edilməlidir ki, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) tərəfindən Latviyanın məhkəmə sisteminin təkmilləşdirilməsi, bu sahədə elektron xidmətlərin yaradılması, […]