İtaliyada sutka ərzində koronavirusdan daha 766 nəfər dünyasını dəyişib

İtaliyada son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 766 nəfər dünyasını dəyişib, ölənlərin ümumi sayı 14 681 nəfərə çatıb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Mülki Müdafiə Departamenti xəbər yayıb.

Məlumatda bildirilib: “Hazırda koronavirusa yoluxanların sayı 85 388 nəfər təşkil edir”.

Ölkədə ötən sutka ərzində 1 480 nəfər sağalıb, ümumilikdə sağalanların sayı 19 758 nəfərdir, yoluxanların ümumi sayı, ölü və müalicə olunanlar da daxil olmaqla, 119 827 təşkil edir.

asmedia org

Bir cavab yazın

Next Post

Bakıda dülgər sexi və qaraj yanıb

Şb Apr 4 , 2020
Bakının Səbail rayonunda ümumi sahəsi 360 m² olan ikimərtəbəli tikilinin (dülgər sexi və mağaza kimi fəaliyyət göstərir) birinci mərtəbəsində yerləşən sexin içərisində taxta materiallar və mebel hissələri 20 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Bakının Xətai rayonunda isə ümumi sahəsi 100 […]