“Lord” Ramal dünya kəməri döyüşünə dəvət aldı

Kikboksinq üzrə dünya çempionu olan Ramal Aslanova daha bir yarışdan təklif gəlib.

Barədə məlumatı Ramal “Lord” Aslanovun şəxsi məşqçisi Hakim Hacıyev xəbər verib.

Onun sözlərinə görə, kikboksinqin WAKO versiyası üzrə 75 kq-da çempion olması onun dünya ictimaiyyətinin diqqət mərkəzinə düşməsinə səbəb olub:

“Bildiyiniz kimi, ötən ay Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kikboksinq üzrə dünya çempionatında tələbəm Ramal Aslanov ilk dəfə qızıl medal qazandı. Bu üzdən də WAKO-dan ona daha bir təklif gəlib. Rusiyanın Çelyabinsk şəhərində may ayında dünya kəməri uğrunda döyüş gecəsi təşkil olunacaq.

Ramal 75 kq çəki dərəcəsində çempion olsa da, daha çox əvvəllər 71 kq-da çıxış etdiyindən, bu çəkinin ən güclüsünü müəyyənləşdirməyə çalışacaq. Onun rəqibi hələ ki bilinmir. Böyük ehtimalla, onun rəqibinin adına Yeni ildən sonra aydınlıq gələcək”.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ərdoğan Ağ Evi sakitləşdirdi - TƏHLİL

C Noy 15 , 2019
Noyabrın 13-də ABŞ-a gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşüb. Prezidentlərin görüşü 1 saat 15 dəqiqə davam edib. Bundan başqa Tramp Ərdoğanla görüşə Türkiyəyə qarşı kifayət qədər sərt mövqedə olan respublikaçı senatorları, o cümlədən, Lindsi Qremi dəvət edib. Bunun da əsas səbəbi münasibətlərdəki gərginliyi azaltmaq […]