Məşhur müğənni boşana bilmədi: COVİD-19-a görə

Rusiyalı məşhur müğənni Lolita Milyavskayanın əri Dmitri İvanovdan boşanması ilə bağlı Moskvada keçirilməli olan məhkəmə iclası baş tutmayıb.

Life.ru xəbər verir ki, buna səbəb Lolitanın vəkili Sergey Jorinin koronavirusla (COVİD-19) bağlı karantinə alınması göstərilib.

Məlumatlara görə, o, martın əvvəlində İtaliyadan gəlib və karantinə alınıb.

Prosesin martın 27-də baş tutacağı bildirilib.

Qeyd edək ki, Lolita əri ilə 2009-cu ildə tanış olub və bir ildən sonra toy mərasimi baş tutub. 2019-cu ilin iyulunda isə məşhur müğənni boşanmaq üçün məhkəməyə müraciət edib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada ümumilikdə bu virusa yoluxanların sayı 130 mini keçib. Rusiyada isə 34 nəfərdə bu infeksiya təsdiqlənib.

asmedia org

Bir cavab yazın

Next Post

Masallıda mağazaya basqın edildi

Şb Mar 14 , 2020
Masallıda quldurluq hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Masallı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 12-də şəhər ərazisindəki mağazalardan birində orada işləyən Rəşad Qasımova balta ilə xəsarət yetirib, quldurluq yolu ilə kassadakı 11 700 manat pulu aparmaqda […]