MDB ölkələrinin Müdafiə nazirləri Bakıda toplaşacaqlar

Oktyabrın 30-da Bakıda MDB Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək.

Bununla bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verib:

“MDB Müdafiə Nazirləri Şurasının iclası oktyabrın 30-da Bakıda keçiriləcək”.

Qeyd edək ki, oktyabrın 12-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında xidməti müşavirə keçirilib.

Müşavirədə nazir Bakıda keçiriləcək MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasının yüksək səviyyədə təşkil edilməsi məqsədilə hazırlıq və təşkilati işlərin həyata keçirilməsi ilə bağlı müvafiq göstərişlər verib.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Sabiq FIFA referisindən maraqlı iddia: Qəsdən millimizin haqqı yeyilibmiş

Be Okt 14 , 2019
Futbol millimiz dünən Budapeştdə Macarıstan millisi isə səfər matçında 0:1 hesabı ilə uduzdu. Lakin bu görüş heç-heçə də başa çata bilərdi. Belə ki, millimizin mərkəz müdafiəçisi Bəhlul Mustafazadənin vurduğu qol hollandiyalı baş hakim Denis Hiqler tərəfindən qeydə alınmadı. Ötən ilin iyulun 12-də “Dalğa Arena”da “Neftçi”nin Budapeşt “Uypeşt”i ilə oyununu idarə […]