Mehriban Əliyeva müəllimləri təbrik etdi – FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.

Birinci vitse-prezidentin təbrikində deyilir:

“Əziz müəllimlərimiz,

Sizi Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edirəm. Müəllimlik olduqca hörmətli peşədir. Gənc nəslin yetişməsi məhz sizdən, sizin yüksək peşəkarlığınızdan asılıdır.

Əlbəttə, hər kəs öz məktəb və tələbəlik illərini, gözəl müəllimlərini xüsusi minnətdarlıq hissi ilə xatırlayır. Sizin müdrikliyinizin və səbrinizin layiqli qiymətini yalnız illər keçdikcə vermək mümkündür. Uşaqlara və gənclərə göstərdiyiniz sevgiyə və məsuliyyətli işinizə görə sizə təşəkkür edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və uğurlar arzulayıram”.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycan şirkətləri üçün Rusiya bazarında fəaliyyət göstərmək daha asandır - RƏY

Şb Okt 5 , 2019
Prezident İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı Azərbaycan-Rusiya iqtisadi əlaqələrinə də diqqət çəkib. Ölkə başçısı bildirib ki, Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. “Azərbaycan Rusiyada 1,2 milyard dollar, Rusiya Azərbaycanda 4,6 milyard dollar həcmində sərmayə qoyub. Burada […]