Mehriban Əliyeva soyqırımı qurbanlarını andı – FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “İnstagram” səhifəsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı fikirlərini paylaşıb.

“Bu gün – 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Tarix boyu üzləşdiyi bütün faciələrə, çətinliklərə və haqsızlıqlara baxmayaraq, xalqımız deportasiya, etnik təmizləmə və kütləvi qırğınların sarsıntılarını yaddaşında yaşadaraq müstəqillik əzmini qoruyub saxlamış, möhkəm iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirmiş, dövlətimizin qüdrətinin daha da möhkəmlənməsinə nail olmuşdur. Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”, – Mehriban Əliyeva səhifəsində qeyd edib.

 

asmedia org

Bir cavab yazın

Next Post

Şəkidə ağır qəza

Ça Mar 31 , 2020
Şəki şəhərində “Ford” və “KamAZ” markalı iki yük maşını toqquşub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan “Ford” markalı maşından çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.