MİLLİ QƏHRƏMANLARIN TANIDILMASI MƏQSƏDİLƏ TƏLİM GERÇƏKLƏŞDİRİLİB

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və “Laçın ” Qaçqın   və məcburi köçkünlərə dayaq İctimai Birliyinin təşkilatçılığı  ilə “Milli qəhrəmanların tanıdılması məqsədilə maarifləndirmə işinin aparılması” layihəsi çərçivəsində  18 iyul 2019- cu il tarixində təlim gerçəkləşdirilib.

Arantv.az xəbər verir ki, əsas məqsəd gənclərdə vətənpərvərlik ruhunun aşılanması və milli qəhrəmanların tanıdılması idi. Tədbirlər zamanı Qarabağ müharibəsində həlak olmuş, Vətən uğrunda canından keçən qəhrəmanlar haqqında geniş informasiya verilmişdir. Bildirilmişdir ki, Vətənən keşiyində durmaq, ona laiqli övlad olmaq hər bir gəncin borcudur. Tədbirin sonunda gənclərə milli qəhrəmanlar haqqında bəs edən bukletlər paylanılmışdır.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Elman Rüstəmov: Manatın real məzənnəsi ucuzlaşıb

Ca Avq 1 , 2019
Altı ayda manatın real məzənnəsi 1,2 faiz ucuzlaşıb. Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə çıxışı zamanı deyib. E.Rüstəmov bildirib ki, Mərkəzi Bankın valyuta ehtiyatları artır: “Cari ildə biz valyuta ehtiyatlarımızı 330 milyon dollardan çox artırmışıq. Bu vəsaitin təxminən 100 […]