Möhlət Müslümov: Yaşından və statusundan asılı olmayaraq hər kəs xüsusi karantin rejiminə riayət etməlidir

Bu xəstəlik tək Azərbaycanda deyil, bütün dünyada problemlər yaradıb və bunun ən başlıca həll yolu evdə oturub, virusa yoluxmamaqdır.

Bunu Trend-ə açıqlamasında Xalq artisti Möhlət Müslümov deyib.

Onun sözlərinə görə, yaşından və statusundan asılı olmayaraq hər kəs xüsusi karantin rejiminə riayət etməlidir:

“Yaşlı nəsil bilər ki, o vaxt Böyük Vətən müharibəsi zamanı bundan da ağır vəziyyət olub. Həmin zaman insanlar evdən çölə çıxmır, quru çörək belə tapa bilmirdilər. İnsanlar elə şeylərlə qidalanırdılar ki, onu təsəvvürə belə gətirmək çətindir. Ancaq indiki halda hər bir vətəndaşın evində normal şərait və ən azı qidalanmaq üçün çörəyi var.

Prezident İlham Əliyev tam vaxtında düzgün addım ataraq bu qərarı verdi. Biz də bir millət olaraq ona dəstək olmalyıq ki, bu bəladan canımızı qutaraq. Biz bilməliyik ki, dövlət başçısı bizim sağlamlığımız üçün çalışır”.

Xalq artisti qeyd edib ki, özü, ailəsi və yaxınları xüsusi karantin rejiminə əməl edirlər:

“Elə insanlar var ki, bu məsələyə ciddi yanaşmayaraq laqeydlik göstərirlər. Onlar bilməlidirlər ki, adi bir qapının dəstəyindən belə virusa yoluxa, sonra isə özləri ilə bərabər yaxınlarını da bu bəlaya sala bilərlər. Mən şəxsən neçə gündür ailəmi evdən çölə çıxmağa qoymuram. Oğlum Rüstəm Müslümov hazırda xaricdədir və ona da dönə-dönə tapşırmışam ki, quru çörək yesin, ancaq evdən çölə çıxmasın”.

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.

Fərdi evlərdən və mənzillərdən insanların çıxışı – təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.

İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə bir sıra iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilib.

asmedia org

Bir cavab yazın

Next Post

İlham Əliyev ona orden verdi - SƏRƏNCAM

Ç Apr 1 , 2020
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şamil Ayrımın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Şamil Ayrım “Dostluq” ordeni ilə təltif edilib. Qeyd edək ki, Ş.Ayrım Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəridir.